Belarus ordusu taktiki nüvə silahlarından istifadə üzrə təlim keçib və ölkənin suverenliyinə təhlükə yaranarsa, onlardan istifadə etməyə hazır olacaq.
Publika.az xəbər verir ki, bunu ONT telekanalına müsahibəsində Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Pavel Muraveyko deyib.
Onun sözlərinə görə, bu il ölkəyə qaytarılan taktiki nüvə silahları Belarusa qarşı təcavüzdən çəkindirici amildir.
“Biz bu silahlardan necə istifadə etməyi öyrənmişik. Biz bunu inamla necə tətbiq edəcəyimizi bilirik. Biz bunu etməyə qadirik və əmin ola bilərsiniz, əgər ölkəmizin suverenliyi və müstəqilliyi təhlükə altına düşərsə, biz bunu edəcəyik”, - Muraveiko bildirib.
İyunun 12-də o bildirib ki, Rusiya ilə qeyri-strateji nüvə qüvvələri ilə birgə təlimlərin nəticələrinə əsasən, Belarus Silahlı Qüvvələrinin xüsusi nüvə silahlarından istifadə etməyə hazır olduğu qənaətinə gəlmək olar.
İyunun 11-də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya ABŞ və NATO-nun hərəkətləri fonunda nüvədən çəkindirmə ilə bağlı sənədlərə dəyişiklik edə bilər .
Hüseyn İbadlı