Prezidentlə ailəsinin Xankəndidən tarixi görüntüləri
ABŞ Zəngəzur dəhlizini idarə etməyi öz üzərinə götürməyə hazır olduğunu bəyan edib.
Qutb.az xəbər verir ki, bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə açıqlamasında bildirib.
Onun açıqlamasını "Middle East Eye" nəşri yayıb.
Diplomatın sözlərinə görə, ABŞ 100 il müddətinə 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edib.
"Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək", - səfir vurğulayıb.
Tom Barrak, həmçinin qeyd edib ki, bu təklifin əsas məqsədi Azərbaycan və Ermənistan arasında diplomatik danışıqların irəliləməsinə kömək etməkdir.