Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın Prezident Ofisinin mətbuat xidməti məlumat yayıb.
Zelenski Şoltsu cəbhədəki mövcud durum və ukraynalı hərbçilərin əsas ehtiyacları barədə məlumatlandırıb.
Tərəflər Rusiyanın hava terrorundan qorunmaq üçün Ukrayna hava hücumundan müdafiə sisteminin gücləndirilməsini, Ukrayna müdafiəçilərinin artilleriya və zirehli texnika ilə təmin olunmasını ətraflı müzakirə ediblər.