28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Baydenin bu səs yazısı süni intellektlə hazırlanıbmış

24 fev 2024 10:00
GÜNDƏM
ads
Advertisement

ABŞ-ın Nyu-Hempşir ştatında keçirilən ilkin seçkidən bir gün əvvəl seçicilərə göndərilən Co Baydenin saxta səs yazısının süni intellektlə hazırlandığı müəyyən edilib.

Publika.az xəbər verir ki, səs yazısını texnologiyadan istifadə edərək yaradan şəxs Nyu Orleandada sehrli şoular nümayiş etdirərək pul qazanan Pol Karpenterdir.

Karpenter Demokratlar Partiyasının digər namizədi Dean Phillipslə çalışan Stiv Kramerin ondan səs yazısını istədiyini və bunun harada istifadə ediləcəyi ilə bağlı məlumatının olmadığını bildirib.

Karpenter saxta səsin yaradılmasının cəmi 1 dollara başa gəldiyini və bunun üçün Kramerdən 150 dollar aldığını deyib.

Qeyd edək ki, Nyu-Hempşir Baş Prokurorluğundan verilən açıqlamada 23 yanvarda ştatda keçirilən ilkin seçkilərə saatlar qalmış seçicilərin telefonlarına göndərilən süni intellektin yaratdığı saxta səs yazısında Baydenin səsinin təqlid edildiyi bildirilib. Məsələ ilə bağlı araşdırmalara başlanılıb.

Saxta səs yazısı ilə prezident seçkilərində demokrat seçiciləri səsvermədən çəkindirməyə cəhd edildiyi və bunun qanunsuz cəhd olduğu deyilir.

Roza


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur