02.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Baş Prokurorluğun üç yüksək vəzifəlisi təqaüdə göndərildi

29 iyl 2024 12:00
GÜNDƏM
ads

Baş Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış üç əməkdaşı təqaüdə göndərilib.


Baş Prokurorluqdan QÜTB.AZ-a verilən məlumata görə, qurumun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Rövşən Abid oğlu Maqsudov, Baş Prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin Məxfiçilik üzrə xidmətinin rəhbəri - böyük prokuror Akif Nazim oğlu Əliyev və Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin prokuror-kriminalisti Kişiyev Fərman oğlu Elman qulluq keçmələrinə xitam verilib.


Onlara Baş prokuror tərəfindən verilmiş “Prokurorluğun fəxri işçisi” döş nişanı, Fəxri fərmanlar və hədiyyələr təqdim edilib.


Görüş zamanı veteran prokurorluq işçilərinin prokurorluq orqanlarında keçdikləri uzunmüddətli xidmət illərinə nəzər salınaraq, prokurorluq orqanlarında səmərəli fəaliyyətləri, cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, habelə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdikləri nailiyyətlər qeyd edilib, eyni zamanda veteran prokurorluq işçiləri isə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq bildirib.


Rövşən Maqsudov, Akif Əliyev və Elman Kişiyev tədbir iştirakçıları ilə xatirələrini bölüşüb və sonda xatirə şəkli çəkilib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur