"Barselona" baş məşqçi postuna namizədləri nəzərdən keçirməkdə davam edir.
Publika.az xəbər verir ki, Kataloniya klubu Xavini klubda qalmağa razı sala biləcəklərinə ümid edirdi. Lakin komandanın UEFA Çempionlar Liqasını tərk etməsindən sonra "Barsa" mütəxəssisin perspektivləri ilə bağlı daha təmkinli davranır.
Klub “Arsenal”ın baş məşqçisi Mikel Artetanı, “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola və PSJ-nin "sükanı arxası"nda olan Luis Enrikeni izləyir. Bu barədə "Sport.es" məlumat yayıb.
Xavi daha əvvəl mövsümün sonunda "Barselona"dan ayrılacağını açıqlayıb. Mütəxəssisin özü dəfələrlə yeganə düzgün qərar verdiyini və onu dəyişmək fikrində olmadığını qeyd edib.
Qeyd edək ki, Qvardiola 2008-2012, Enrike isə 2014-2017-ci illərdə "Barsa"ya rəhbərlik edib.
Heybət