Multivitamin əlavələri yaşlılarda yaddaşı yaxşılaşdırır və koqnitiv qocalmanı ləngidir.
Publika.az xəbər verir ki, bu barədə “American Journal of Clinical Nutrition” jurnalında dərc olunan məqalədə bildirilir .
Tədqiqatçılar genişmiqyaslı Kakao Ekstraktı Multivitamin və Əlavə Tədqiqatında (COSMOS) 573 iştirakçının məlumatlarını təhlil ediblər. Könüllülərin idrak funksiyasının ətraflı qiymətləndirilməsi aparılıb ki, bu da multivitaminlərin plasebo ilə müqayisədə iki il ərzində zehni fəaliyyətə orta təsir göstərdiyini üzə çıxarıb.
Beləliklə, elm adamları epizodik yaddaşda dəyişikliklərlə əlaqədar olaraq multivitaminlərin qəbulunun statistik əhəmiyyətli üstünlüyü tapıblar. Ümumilikdə, 20-dən çox əsas mikroelementi ehtiva edən gündəlik multivitamin qəbulu, plasebo ilə müqayisədə koqnitiv qocalmanı təxminən iki il yavaşladıb.
Hüseyn İbadlı