Masallı rayon Mərkəzi Xəstəxanasında uşağın ölü doğulması ilə bağlı araşdırmalar aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iyulun 16-da Masallı rayon sakini 2007-ci il təvəllüdlü Səfurə Qubadovanın 40 həftəlik dölün baş gəlişi, doğuşun 1-ci dövrü, ölü döl diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olması məlumat daxil olub.
Faktla bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.