11.03.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsinə başlanılır

22 iyl 2024 16:00
ELM VƏ TƏHSİL
ads

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılır.

Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən Publika.az-a bildirilib ki, əvvəlcə vakant yer seçmək imkanı müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir.

Namizədlər iyulun 26-sı saat 11:00-dan iyulun 28-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə biləcəklər.

Test imtahanında keçid balı toplamış namizədlər səkkiz vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.

Xatırladaq ki, vakant yeri tutduqdan sonra ondan imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur