01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Bakıda qadın hüquqşünas həbs edildi

14 mar 2024 15:00
GÜNDƏM
ads

Bakıda barəsində cinayət işi açılan hüquqşünas Nərgiz Rəhimova həbs edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, bir müddət əvvəl paytaxtın Yasamal rayon sakini N.Rəhimova barəsində polisə şikayət edib.

O bildirib ki, həyat yoldaşı bir müddət əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs edilib. Bundan sonra hüquqşünas, 1979-cu il təvəllüdlü Nərgiz Rəhimova ilə tanış olub. N.Rəhimova ona ərinin cəzasını yüngülləşdirəcəyi vədi verib və 12 min 300 manat pul alıb. Lakin sonradan vəd yerinə yetirilməyib və təqsirləndirilən Teyyub Dəmirova 3 il 6 ay həbs cəzası verilib.

Şikayət əsasında Nərgiz Rəhimova barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi açılıb.
Yasamal rayon Məhkəməsinin 1 mart tarixli hökmü ilə qadın hüquqşünasa 2 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib.
O, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisinə göndərilib.

Turqut Seyidov


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur