29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

İnanılmazdır: Bilirsinizmi top atəşi ilə kimlər qarşılanır?

11 iyl 2024 14:00
GÜNDƏM
ads
Advertisement

Prezident İlham Əliyevin Pakistanda qarşılanma mərasimi yalnız heyranedici deyil, həm də qürurdur, iftixardır, Qələbə simvoludur və gücümüzə güc qatan qardaş sevgisidir.

İlham Əliyevin təyyarəsini qarşılamaq üçün qırıcıların qaldırılması böyük hörmət ənənəsidir – bundan öncə Avropanın göbəyində Vuçiç də bu sayğını dünyaya göstərmişdi – iki qırıcı ilə!

Pakistan 6 qırıcı qaldırdı!

İlham Əliyevi qarşılamaq üçün hava limanına ölkə liderinin şəxsən gəlməsi də bundan öncə olub – həm də dəfələrlə!

Amma heç biri nüvə dövlətinin başçısı olmayıb!

Bir Liderin başqa bir ölkədə toplardan açılan yaylım atəşi ilə qarşılanması çox nadir hadisədir!

Bu, Şərq ənənəsidir, adətən Fateh öz ölkəsinin paytaxtına qayıdanda toplardan yaylım atəşləri açılıb.

Qardaş Pakistan yalnız küçələrini Azərbaycan bayrağında işıqlandırmaqla, başdan-başa İslamabad yollarını İlham Əliyevin fotoları ilə bəzəməklə kifayətlənmədi, həm də toplardan yaylım atəşləri ilə İlham Əliyevi qarşıladı!

Yəni: “İlham Əliyev müzəffər Ali Baş Komandandır, Pakistan isə qardaşının evidir! İlham Əliyev öz evində qarşılanır, öz şəhərinə gəlir, həm də qalib kimi!”

Bu, Vətən müharibəsində siyasi baxımdan Türkiyə qədər yanımızda olan Pakistanın Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, işğalı bitirməsinə verdiyi möhtəşəm və misilsiz dəyərdir!

Dünyanın nüvə gücü olan Pakistanın bu böyük jesti təkcə qardaşlığın bir üst səviyyəyə keçdiyinin görüntüsü deyil – həm də yeni dünya düzənində qardaşların birliyinin dünyaya elanıdır!

Şahbaz Şərifin İlham Əliyevlə ilk səmimi görüntüləri, bir-birinə güvənci də heyran edir!

Bu, tam yeni bir tarixdir, yeni dönəmdir və olduqca şərəfli səhifədir:

- TDT-nin əhatə etdiyi ərazi nə qədər genişlənə bilər!

- TDT həm də nüvə gücü ola bilər!

İkinci Qarabağ savaşında Pakistan baş naziri adına “Pakistanın bütün silahları - nüvə raketlərinə qədər - Azərbaycan liderinin sərəncamındadır” deyə, bir ifadə yayılmışdı. Mən onun mənbəyini çox arasam da, tapa bilmədim.

Yalnız 4 ildən sonra, məhz bu gün o mənbəyi gördüm – amma sözlə deyil, əməllə: Pakistan əsl qardaş olduğunu, Azərbaycanla, Türkiyə ilə bir davrandığını, bir addımladığını, canbirqəlb olduğunu dünyaya göstərdi!

Bu gün gördük ki, Pakistan...

Yeri gəlmişkən, pakistanlı ekspert Mahmud Həsən redaksiyamıza isti bir şərh verib. Prezident İlham Əliyevin bu cür qarşılanması haqda yalnız bir söz deyib: Biz 3 qardaşıq, İlham Əliyev öz qardaş ölkəsinə gəlib!

Yəni təəccüblənmək üçün heç nə yoxdur!

Amma qürurlanmaq üçün hər şey var!

Müəllif: Aynur Camal


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur