Almaniya kansleri Olaf Şolts Ukraynanın yaxın gələcəkdə NATO-ya üzv olmayacağını etiraf edib.
Publika.az xəbər verir ki, o, bu fikri Berlində vətəndaşlarla görüş zamanı bildirib.
“Yeri gəlmişkən, o vaxt müharibənin səbəblərindən biri Ukraynanın guya NATO-ya daxil olmaq niyyətində olması idi. Bilirsiniz, yaxın gələcəkdə belə bir şey gözlənilmir. Yəqin ki, bu, yaxın 30 ildə də baş verməyəcək, mən bunu hətta açıq elan etmişəm”, - kansler 2022-ci ilin əvvəlində Moskvaya səfərini xatırlayaraq deyib.
Dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O'Brayen mayın 24-də elan etdiyi kimi, Şimali Atlantika Müqaviləsi Təşkilatı iyulda Vaşinqtonda keçiriləcək sammitdə Ukraynanı öz sıralarına dəvət etmək niyyətində deyil, Kiyevə əhəmiyyətli köməklik göstərəcək. İndiyədək Amerika rəsmiləri bir neçə dəfə açıq şəkildə bəyan etmişdilər ki, Kiyev Vaşinqton sammitində alyansa qoşulmaq üçün dəvət almayacaq.
Adəm