Yaponiyada vəhşi ayı gənc alpinisti yeyib.
Milli.Az Cebhe.info-ya istiandən bildirir ki, bu barədə "Mainichi Shimbun" məlumat verib.
22 yaşlı Kanato Yanaike noyabrın 2-də Hokkaydo adasındakı Fukusima kəndi yaxınlığında aşkarlanıb. Gənci vəhşi heyvan parçalayıb, onun şəxsiyyəti yalnız iki gün sonra DNA testi sayəsində müəyyənləşdi. Yanaikenin oktyabrın 29-dan itkin düşüb. Bundan əvvəl o, dostuna Daisengen dağına çıxacağını söyləyib.
Alpinistin qalıqlarının tapıldığı yerdən bir qədər aralıda ayı cəsədi də tapılıb. Səlahiyyətlilər oktyabrın 31-də eyni ərazidə vəhşi heyvanın 3 kişiyə hücum edərək ikisini yaraladığını bildiriblər. Ayı yalnız bir neçə bıçaq zərbəsindən sonra geri çəkilib. Heyvanın əvvəlcə Yanaikəyə, iki gün sonra isə üç yerli sakinə hücum etdiyi və həyati təhlükəsi olan xəsarət aldığı güman edilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun