Rio-de-Janeyro güclü yağışlar səbəbindən su altında qalıb. Geniş yayılmış fəlakət 11 nəfərin həyatına son qoyub.
Publika.az xəbər verir ki, bu barədə “O Globo” təcili xidmətlərə istinadən yazıb.
Şəhərin 30 magistral yolunda nəqliyyatın hərəkəti bağlanıb. Braziliyanın ən böyük şəhərinin şimalını vuran güclü su axınları yerüstü nəqliyyatın və metronun bağlanmasına səbəb olub. Elektrik enerjisinin kəsilməsi qeydə alınır. Xüsusilə də yerli xəstəxana sel səbəbindən işıqsız qalıb.
Sel və sürüşmə riski yüksək olaraq qalır. Şəhərdə xilasedicilər işləyir. Yaxın gələcəkdə planlaşdırılan bütün tədbirlər ləğv edilib. Sakinlərdən hava şəraiti sabitləşənə qədər evlərini tərk etməmək xahiş edilib və mümkün təcili evakuasiya ilə bağlı xəbərdarlıq edilib.
Meteoroloqların məlumatına görə, gün ərzində şəhərə rekord - 259 millimetr yağıntı düşüb.
Tural