Bağdadın şərqində pilotsuz uçan aparatın hücumu nəticəsində üç hərbçi öldürülüb, beşi isə yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə Sinxua agentliyi İraq Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.
Hücum günorta saatlarında baş verib. Həmçinin iki avtomobil sıradan çıxıb və hərbi qərargahın infrastrukturuna ziyan dəyib.
İraqın Baş naziri Məhəmməd Şia əl-Sudaninin hərbi sözçüsü Yəhya Rəsul bildirib ki, “bu, açıq-aşkar hücumdur, İraqın suverenliyi və təhlükəsizliyinin kobud şəkildə pozulmasıdır”.