29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Qlobal iqtisadiyyat “sərt enişdən” yaxa qurtarıb - Dünya qurtuldu?

30 yan 2024 10:00
GÜNDƏM
ads
Advertisement

Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina deyib ki, qlobal iqtisadiyyatın artım tempi yavaşlayır, lakin 2024-cü ildə “sərt eniş” ehtimalı əvvəlkindən daha az olub.

Publika.az xəbər verir ki, onun sözlərinə görə, qlobal tənəzzülün qarşısı alınıb və aparıcı mərkəzi bankların addımlarının ÜDM artımını dəstəkləyəcəyi gözlənilir.

Qlobal tənəzzül ehtimalı ötən ilin ən çox müzakirə olunan mövzularından biri olub. Xüsusilə, ABŞ-da iqtisadi tənəzzülün bu ilin dördüncü rübündə başlaması və il boyu davam etməsi, 2024-cü ildə Avropada resessiyaya səbəb olacağı gözlənilirdi.

Bununla belə, ilin sonuna kimi dünyanın ən böyük iqtisadiyyatlarından birində növbəti 12 ayda belə bir ssenarinin baş vermə ehtimalı 50 faizdən aşağı düşüb. Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru Kristalina Georgiyevanın qeyd etdiyi kimi, 2023-cü ildə qlobal ÜDM gözləniləndən daha güclü artıb ki, bu da 2024-cü ildə onun dinamikasına müsbət təsir göstərəcək.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur