02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Sosial şəbəkədə Öcalanın şəklini paylaşan qadına bu cəza verildi: Ara qarışdı

30 dek 2023 06:00
GÜNDƏM
ads

Türkiyənin Ərzurum şəhərinin hakimi Kürdüstan Fəhlə Partiyası ilə əlaqədə ittiham olunan qadına bir ay müddətinə sosial şəbəkələrdəki səhifələrində Türkiyə dövlət bayrağının şəklini dərc etməyi tapşırıb.

Publika.az xəbər verir ki, separatçı fəaliyyətinə görə ömürlük həbs cəzası çəkən Kürdüstan Fəhlə Partiyasının rəhbəri Abdulla Öcalanın şəklini “Facebook” hesabında yerləşdirən qadına qarşı cinayət işi açılıb. Yerli Cinayət Məcəlləsinə görə, qadını 5 ilə qədər həbs gözləyir.

İşə baxan hakim qadının azadlığa buraxılmasına qərar verib, lakin onu həftədə üç dəfə polis bölməsinə xəbər vermək və bir ay ərzində sosial şəbəkələrdə Türkiyə dövlət bayrağının şəklini yerləşdirmək öhdəliyi ilə cəzalandırıb.

Diyarbəkir vilayətinin Vəkillər Palatası bu qərarı qanun pozuntusu adlandırıb və hakimin məsuliyyətə cəlb edilməsi tələbi ilə Türkiyənin Ali Məhkəmə və Prokurorluq Şurasına şikayət göndərib.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur