7-ci çağırış Ermənistan Milli Məclisinin deputatı Arman Abovyan teleqram kanalında yaydığı paylaşımlardan biri plagiatdır. Bu barədə “Ududaka” teleqram kanalı məlumat yayıb.
Publika.az xəbər verir ki, Faktyoxla Lab. bu faktı araşdırıb.
Bəlli olub ki, Azərbaycana qarşı sərt çıxışları ilə tanınan Arman Abovyan 26 yanvar 2024-cü il tarixində bir yazı paylaşıb.
"Dostlar, mən zaman-zaman təkcə siyasi xəbərləri və ya müəllif təhlilləri deyil, digər mövzularda məlumatlar yerləşdirəcəyəm. Ola bilsin, bəzən ətrafımızda baş verənlərdən özümüzü silkələmək lazım gəlir. Əks halda, biz dəli olacağıq, uşaqlar"-deyə giriş verdiyi həmin yazı Danimarka yığmasının futbol üzrə Avropa çempionu olduğu 1992-ci ildə uğurları ilə paralel olaraq komandanın oyunçusu Kim Vilfortun xərçəng xəstəliyindən əziyyət çəkən qız övladının yaşadıqları barədədir.
Həmin yazıda istifadə olunan bəzi ifadələri axtarışa verdikdə bir çox mənbələr aşkar olundu. Rast gəlinən bütün paylaşımlarda müəllif hüququnun “Rövşən Kərimov” adlı bir şəxsə məxsusluğu qeyd edilir.
Araşdırma nəticəsində Rövşən Kərimovun paylaşımını tapa bildik.
Bəlli olur ki, doğrudan da azərbaycanlı müəllif R.Kərimov bu məqaləni 3 sentyabr 2018-ci ildə yazıb və internetdə böyük marağa səbəb olub. Həmin yazının bəyənmə və paylaşım sayı bunu deməyə əsas verir.
Ermçəni deputat isə həmin materialı öz yazısı kimi təqdim edərək həm plagiatlıq edib, həm də oxucularını aldadıb. Belə ki, A.Abovyan azərbaycanlı müəllifin yazısının sonuna özündən yalnız birc ümlə əlavə edərək mənimsəyib: “Danimarkanın finalda olması digər danimarkalı Y.H. Andersonun yazdığı nağıllara bənzəyir”
Nəticə:
Doğrudan da Ermənistan Milli məclisinin üzvü Arman Abovyan azərbaycanlı müəllifin yazısını öz yazısı kimi təqdim etməklə plagiatlığa yol verib.