Türkiyənin ən məşhur simalarından olan Fahriye Evcen və Burak Özçivit iştirak etdikləri layihələrdən qazandıqları pullarla daşınmaz əmlaka sərmayə qoymağa qərar veriblər.
Publika.az xəbər verir ki, məşhur cütlük bu dəfə Bodrum-Turqutreisdə villa alıb.
Sosila şəbəkələrdə cütlüyün yeni villasının görüntüləri yayımlanıb. Evin hər detalı ilə yaxından maraqlanan Evcen və Özçivit villada işləyən ustalarla söhbət edərkən kameralara tuş gəlib.
Sənətçilər balkon üçün aldıqları divan dəstinin üzərində oturaraq onun rahatlığını yoxlayıb və 2 saata yaxın evdə ustalarla söhbət edərək tapşırıqlarını veriblər.
Villanın geniş bağçası, balkonu və hovuzu olduğu ərazidə əmlak qiymətləri 30-50 milyon lirə arasında dəyişir.
Cəmilə