Ermənistanda bir qrup müxalifət deputatı Xarici İşlər Nazirliyi və ölkə hökumətini onlara Azərbaycanla sülh sazişi layihəsi ilə tanış olmaq imkanı verməyə məcbur etmək tələbi ilə məhkəməyə müraciət edib.
QÜTB.AZ xəbər verir ki, TASS bu barədə erməni parlamentarilərin bəyanatına istinadən məlumat yayıb.
“Deputatlar xarici işlər nazirinin 14 mart 2024-cü il tarixli qərarının qeyri-legitim kimi tanınmasını tələb edirlər. Bu qərarla onlara Azərbaycanla saziş layihəsi ilə tanış olmaq qadağan edilib”, - məlumatda deyilir.
Qeyd edək ki, oktyabr ayında respublikanın baş naziri Nikol Paşinyan müxalifətə Azərbaycanla sülh müqaviləsi layihəsi ilə tanış olmağı qadağan etdiyini açıqlamışdı. O, həmçinin “diplomatik etika” əsasında Bakı ilə müqavilənin mətninin dərc edilməməsini də tapşırmışdı.
Adəm Abbaslı