29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

DİM sədri 700 bal toplanılmamasını belə izah etdi

02 iyl 2022 17:04
ELM VƏ TƏHSİL
ads

Buraxılış və qəbul imtahanlarında maksimal 700 bal toplanması ümumi prosesi xarakterizə etmir.

Qutb.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu il ali məktəblərə qəbul imtahanlarında 700 bal toplanılmamasına aydınlıq gətirərkən deyib.

 

DİM sədri bildirib ki, kütləvi prosesi xarakterizə edən əsas amil abituriyentin orta nəticələridir: "500 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayı daha vacib göstəricidir. Hər zaman qeyd etmişəm ki, 700 bal toplayan, yaxud 699 bal toplayan abituriyentlər arasında heç bir pedaqoq fərq görməyəcək. Onlar eyni səviyyəli abituriyentlərdir. Burada ola bilsin ki, abituriyent hansısa bir texniki səhvə görə 700 bal toplamayıb. Bu, formal göstəricidir".

 

M.Abbaszadə vurğulayıb ki, buraxılış imtahanlarında daha çox müsbət tendensiya müşahidə edilir:

 

"Xüsusilə Azərbaycan dili və ingilis dili fənnində bu müsbət amil qeydə alınır. Xoşagəlməz nəticələr riyaziyyat fənni üzrədir və bunu açıq şəkildə deyirik. Hansısa bir detalı götürüb, onu ümumi göstərici kimi ictimaiyyətə təqdim etmək lazım deyil. Bu il 11-ci sinfi bitirən şagirdlər ola bilsin ki, riyaziyyatı ayrı dərsliklərdən keçiblər, yaxud onların riyaziyyat fənninin dərsliyi 7-8-ci sinifdə dəyişib. Burada daha dərində olan problemləri görmək lazımdır".

 

"Buraxılış imtahanında maksimal 300 bal toplayanların qəbul imtahanında ikicəhdlik seçimdə iştirak etmək şansı var. Buraxılış imtahanında 300, qəbul imtahanının ilk cəhdində 399 bal toplayan abituriyentə ikinci cəhddə iştirakını rəva bilməzdim ki, mütləq 700 bal toplasın. Bu, ona heç lazım deyil. Çünki bu, ona fiziki cəhətdən ağır olacaq. Hər bir şəxs bu imtahanları verdikdə əvvəlcədən fikirləşməlidir ki, hansı istiqamətdə gedəcək və nə işlə məşğul olacaq. Bu suallar üzərində fikirləşməlidir. Biz bu istiqamətdə işləməliyik. Abituriyentləri "mütləq şəkildə 700 bal toplamalısan" basqısı altında saxlamaq olmaz. Lazım olmayan faktı müzakirə etmək doğru deyil. Daha mürəkkəb faktlar və məsələlər var. Bunun üçün elmi yanaşma lazımdır", - deyə M. Abbaszadə vurğulayıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur