Rusiyanın Primorye, o cümlədən Vladivostok diyarları demək olar ki, bütünlüklə işıqsız qalıb.
QÜTB.AZ xəbər verir ki, regional hökumətin məlumatına görə, Luçeqorskaya Dövlət Rayon Elektrik Stansiyasında şəbəkədə qısaqapanmadan sonra elektrik enerjisi kəsilib.
Səlahiyyətlilər generasiya blokunda nasazlıq olduğunu bildiriblər. Primorsk diyarının energetika və qaz təchizatı naziri vəzifəsini icra edən Yelena Şiş isə Vladivostokda elektrik xəttinin dayaqlarının düşməsi ilə bağlı xəbərləri təkzib edərək, bunu saxta adlandırıb.
“Şhot” teleqram kanalı yazır ki, Primoryedə 1,8 milyondan çox insan işıqsız qalıb. İşıqların kəsilməsi səbəbindən Vladivostok və digər şəhərlərdə işıqforlar işləmir, yollarda kütləvi qəzalar qeydə alınır.
Həmçinin, elektrik təchizatının olmaması səbəbindən Primorsk diyarında qatarların hərəkəti dayandırılıb, sərnişinlər qatarlardan çıxarılıb.
Tural