29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Azərbaycanda toyda mübahisə zamanı qan töküldü: saxlanılan var

02 iyn 2024 21:00
GÜNDƏM
ads
Advertisement

Şəmkir rayonunda toyda bıçaq xəsarəti alanın kimliyi məlum olub.

Publika.az xəbər verir ki, mübahisə zəminində bıçaq xəsarəti alan, 1968-ci il təvəllüdlü M.Zeynalovdur.

Onun vəziyyəti kafi qiymətləndirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Report”un Qərb bürosuna verdiyi məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə rayonun Səməd Vurğun qəsəbəsinin sakini, 1968-ci il təvəllüdlü Mustafa Zeynalovun kəsici-deşici alətlə çiyin nahiyəsinin daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub.

Araşdırmalarla M. Zeynalova toy mərasimində həmkəndlisi 2005-ci il təvəllüdlü Qafar Abbasovun xəsarət yetirməsi məlum olub. Şübhəli şəxs saxlanılıb, araşdırmalar davam etdirilir.

xxx

23:12

Şəmkir rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Publika.az "Report"a istinadla xəbər verir ki, Şəmkir rayonunda keçirilən toy mərasimlərinin birində mübahisə qanla bitib.

Bu zaman qonaqlardan birinə bıçaqla xəsarət yetirilib. Yaralı xəstəxanaya çatdırılıb.

Onun kimliyi və mübahisənin səbəbləri hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur