"Barselona"nın hücumçusu Ferran Torres La Liqanın 20-ci turunun "Osasuna" ilə matçında (1:0) zədələnib.
Publika.az xəbər verir ki, futbolçu matçın 7-ci dəqiqəsində dəyişdirilib və meydanı göz yaşları içində tərk edib.
"Mundo Deportivo"nun məlumatına görə, Torres bud nahiyəsindən xəsarət aldığı üçün təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacaq. 23 yaşlı futbolçunun "Alaves" (3 fevral), "Qranada" (11 fevral), "Selta Viqo" (17 fevral), "Napoli" (21 fevral) və "Xetafe" (24 fevral) ilə oyunları buraxacağı gözlənilir.
2023/24 mövsümündə Ferran Torres "Barsa"nın heyətində 32 matçda iştirak edib, 11 qol vurub və 4 məhsuldar ötürmə verib.
Heybət