25.11.25 | Bakı 14.03° C |
10:06:25
Lent :

Azərbaycanda breketə görə əsgərlikdən möhlət verilir? - RƏSMİ CAVAB

22 noy 2025 15:00
GÜNDƏM
ads

Son illər Azərbaycanda breket istifadəsi gənclər arasında sürətlə populyarlaşıb. Estetik görünüşə marağın artması, sosial şəbəkələrdə “ideal gülüş” meylinin güclənməsi və stomatoloji xidmətlərin daha əlçatan olması bu tendensiyanı genişləndirən əsas səbəblərdəndir. 

Bu mövzu ilə bağlı diqqət çəkən başqa məqam isə breket taxan oğlanların hərbi xidmətdən möhlət almasıdır. 

Qutb.az məsələni dəqiqləşdirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ünvanlayıb.

Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsindən bildirilib ki, breket taxılması faktı özlüyündə möhlət hüququ yaratmır. Möhlət yalnız müəyyən tibbi göstəricilər əsasında tətbiq olunur:

“Həzm orqanlarının xəstəlikləri üzrə: çağırışçılar çənə anomaliyalarının breketlə müalicəsi zamanı ortoqnatik dişləm vəziyyətdədirsə” onların tibbi şəhadətləndirilməsi yalnız bir dəfə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 51 "d" maddəsinin I qrafasına əsasən “Hərbi xidmətə müvəqqəti yararsız” hesab edilirlər",- məlumatda qeyd edilib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
14.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur