"Taliban" nümayəndə heyəti ilk dəfə olaraq Azərbaycanda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edəcək.
QÜTB.AZ xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) Əfqanıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi Əbdül Qahar Bəlxiyə istinadla məlumat yayıb.
"Əfqanıstan hökumətinin nümayəndə heyəti Bakıda olacaq" , - Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
COP29 noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək. Konfransın əsas mövzuları enerji sahəsində texnoloji innovasiyalar və yeni nəsillər üçün təhsil, iqlim dəyişikliyi ilə mübarizədə gənclərin təşəbbüslərinin dəstəklənməsi, eləcə də ədalətli enerji keçidi olacaq.
Hüseyn İbadlı