Çində Qırğızıstanla sərhəd yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, təbii fəlakətin episentri Çinin Aksu mahalından 144 km cənub-qərbdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşir.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.