ABŞ 2026-cı ildən Almaniyada "Tomaqavk" uzaq mənzilli qanadlı raketlər yerləşdirəcək.
Publika.az xəbər verir ki, bu barədə ABŞ və Almaniyanın NATO sammiti öncəsi verdiyi birgə açıqlamada bildirilib.
Bəyənatda Avropada uzaqmənzilli silahların yerləşdirilməsinin ABŞ-ın NATO-ya sadiqliyini göstərdiyi bildirilib. Həmçinin onların içərsində “SM-6” və hazırda inkişaf mərhələsində olan hipersəs silahların olacağı da qeyd edilib. Məlumata görə, bunların hamısı Avropada mövcud olan quru sistemlərindən xeyli geniş spektrə malik olacaq.
Qeyd edək ki, ABŞ sonuncu dəfə 34 il əvvəl - Berlin divarının yıxılmasından dərhal sonra 1990-cı illərdə Almaniyaya belə uzaqmənzilli silahlar yerləşdirmişdi.
Roza Şəfiyeva