Tanınmış aparıcı Nurlana Cəfərova ilə "Eurovision 2009" təmsilçimiz Aysel Adıgözəlzadə birlikdə Birləşmiş Ərəb Əmirliklərinə gediblər.
Publika.az xəbər verir ki, bu barədə aparıcı özü instaqramda məlumat paylaşıb. Əbu-Dabidə Şeyx Zayed Məscidini ziyarət edən aparıcı qeyd edib ki, bu, onun məscidə ikinci gəlişidir.
"Məkanın aurası elədir ki, şəkilə heç bir effekt verməyə ehtiyac qalmır. Arzum var idi ilk dəfə bura gəldiyimdə. Reallaşsa, yenə gələcəm demişdim və gəldim. İnanın, bütün ağlınıza gələ bilən şeyləri yaşama gücünüz, potensialınız var", - Nurlana məsciddən paylaşdığı kadrlarda yazıb.
Daha sonra onlar dünya şöhrtəli ifaçı Ed Sheeranın Dubayda keçirilən konsertinə yollanıblar. Konsertdə çəkilən kadrları Aysel Adıgözəlzadə və Nurlana Cəfərova sosial mediada paylaşıb.
Aparıcı paylaşdığı kadrlara "Ed Sheerannın konsertindən xatirə şəkillər. Hər şey gözəl idi bu səfərdə" sözlərini yazıb.