Mən parlament tribunasında sonuncu dəfə dayanmıram, amma ilk dəfədir ki, Aİ-yə namizəd olan ölkənin prezidenti kimi bu tribunada çıxış edirəm.
Publika.az xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili parlamentdə illik hesabatın təqdimatı zamanı deyib.
Prezidentin sözlərinə görə, Rusiyanın Ukraynada başladığı müharibəyə paralel olaraq, Rusiya Gürcüstana qarşı yeni hibrid müharibə hücumuna başlayanda problemlər təhlükəsizlik sahəsinə də təsir edib.
“Rusiyanın Oçamçire limanını hərbi bazaya çevirmək planı qarşıdurmanı Qara dənizə, bizim ərazi sularımıza keçirməyə xidmət edir və bununla da Qara dənizin strateji baxışını təhdid edir.
İşğal olunmuş ərazilərdə səfərbərliyin elan edilməsi, ilhaq istiqamətində atılan addımlar (Oçamçire limanının, Bişvintadakı dövlət iqamətgahının və Suxumi Babuşera hava limanının zəbt edilməsi), insan hüquqlarına etinasızlıq, mədəniyyətin və şəxsiyyətin məhv edilməsidir.
İşğal xəttində daimi hədə-qorxu, təqiblər, əhalinin oğurlanması və öldürülməsi davam edir.
Dövlət miqyasında anti-Qərb və psevdoittifaqçı təbliğat, rusiyayönlü qrupların təşviqi/maliyyələşdirilməsi və dövlət qurumlarına kiberhücumların artması - seçkilərdən nə gözləndiyinə işarədir. Hibrid müharibə kateqoriyasına iqtisadiyyata birbaşa təsir göstərən və ümumilikdə ölkənin Rusiya pul və bazarlarından asılılığını, habelə Rusiya kapitalının ölkədəki payını artıran kütləvi Rusiya immiqrasiyasını əhatə edir. Həmçinin, hibrid strategiya bir sıra müxtəlif təxribatlara əsaslanır: uçuşların bərpası, FSB-nin yüksək rütbəli məmurlarının ölkəyə maneəsiz daxil olması, Batumidə Rusiya kruiz gəmisi, Müqəddəs Üçlük Katedralində Stalinin simvolu. Bütün bunlar cəmiyyətdə nifrət, qarşıdurma və sabitliyin pozulması təhlükəsinin qızışdırılmasına yönəlib”, - Salome Zurabişvili bildirib.
Tural