25.04.25 | Bakı 14.03° C |
10:06:25
Lent :

Ayxan Hacızadədən Kanadaya CAVAB

25 apr 2025 00:00
GÜNDƏM
ads

Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə Kanada xarici işlər naziri Melani Colini qərəzli olduğu və Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayətləri görməzdən gəldiyi üçün sərt tənqid edib.

 

Qutb.az xəbər verir ki, bu barədə XİN-in rəsmisi sosial şəbəkədə paylaşım edib.

 

Mətbuat katibi Kanada xarici işlər naziri Melani Colini kəskin tənqid edib. O, Kanada nazirini öz ölkəsinin milli maraqlarına ziyan vuraraq erməni diasporunun maraqlarını təşviq etməkdə ittiham edib.

 

"Kanada milli maraqlarına üstünlük vermək və beynəlxalq arenada etimadı qorumaq əvəzinə Kanada Erməni Milli Komitəsinin maraqlarının müdafiəsində iştirak etmək, xarici işlər naziri rolu üçün lazım olan mühakimə və məlumatlılıq barədə ciddi suallar doğurur", – Hacızadə bildirib.

 

Azərbaycan xarici siyasət idarəsinin rəsmi nümayəndəsinin sözlərinə görə, Coli hələ də Ermənistan tərəfindən etnik təmizləməyə, kütləvi qırğınlara və mədəni soyqırıma məruz qalmış bir milyondan çox azərbaycanlının əzablarını tanımayıb.

 

"Təəssüf ki, siz hələ də Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə, kütləvi qırğınlar, vəhşiliklər, mədəni irsin silinməsi və digər insanlıq əleyhinə cinayətlərdən əziyyət çəkmiş bir milyondan çox azərbaycanlının əzablarını tanımamısınız", – o vurğulayıb.

 

Hacızadə həmçinin bir aforizmə istinad edib: "Necə də dəqiq deyilib: Qərəz kölgə kimidir, ağlı qaranlıqlaşdırır". O, Kanada nazirinə faktlara əsaslanmağın vacibliyini xatırladıb: "Kiçik bir xatırlatma: həmişə faktlara əsaslanın, erməni diasporunun yalan narrativlərinə yox".

 

Azərbaycanın 2023-cü ildəki lokal antiterror tədbirlərindən danışarkən, XİN nümayəndəsi qeyd edib ki, bu əməliyyat qanuni və mütənasib olub:

 

"Azərbaycanın 2023-cü ildəki antiterror tədbirləri Azərbaycan ərazisində olan qanunsuz erməni silahlı birləşmələrinin təxribatlarına qarşı qanuni və mütənasib cavab idi. 24 saatdan az davam edən əməliyyat bu birləşmələrin və infrastrukturun neytrallaşdırılmasına yönəlmişdi və tamamilə beynəlxalq humanitar hüquq normalarına uyğun idi".

 

"Mülki əhali və infrastruktur hədəfə alınmayıb, erməni sakinlərin regiondan getməsi isə onların könüllü qərarı olub", – o əlavə edib. 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
14.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur