Britaniya kral ailəsinin rəsmi saytında Şahzadə Harri və Meqan Marklın tərcümeyi-halı qısaldılaraq birləşdirilib.
Publika.az xəbər verir ki, 2020-ci ildə krallığı tərk edərək ABŞ-a köçən cütlüyün tərcümeyi-halını özündə əks etdirən səhifələr birləşdirilərək ailənin qalmaqallı adı olan Şahzadə Endryu ilə yanaşı yerləşdirilib.
Meqan Marklın müxtəlif xeyriyyə təşkilatlarına dəstəyini təsvir edən tam 14 bəndlik səhifə silinib.
Onun rəhbərlik etdiyi bəzi təşkilatların siyahısı bir cümlə ilə əvəz edilib. Harri yeni birgə tərcümeyi-halda cəmi beş paraqrafda görünür. Cütlük hazırda saytın aşağı hissəsində yerləşir.
Aysel Şahmar