Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan "Qalatasaray" - "Fənərbağça" Superkubok matçının təşkilatçı ölkənin siyasi tələbləri səbəbindən təxirə salındığı barədə məlumat vermişdik.
Publika.az xəbər verir ki, bundan sonra matçın təşkilatçısı "Riyadh Season"dan açıqlama verib.
"İlk növbədə qardaş Türkiyə dövləti ilə müxtəlif sahələrdə sıx əlaqələrimizdən qürur duyduğumuzu vurğulamaq istəyərdik. Matçın kənar şüarlar olmadan keçirilməsini tələb edən reqlamentə əməl olunacağını gözləyirdik. Bu məsələ xüsusilə TFF ilə görüşlər zamanı müzakirə olunmuşdu.
Türkiyə Cümhuriyyətinin statusunun tanınması üçün dövlət himninin səsləndirilməsi, stadionda və tribunalarda türk bayraqlarının nümayişi ilə bağlı razılığa gəlmişdik. Buna baxmayaraq, hər iki komandanın razılaşmaya əməl etməməsi təəssüf doğururdu ki, bu da matçın keçirilməməsinə səbəb oldu".
Heybət