Avrozonada inflyasiya səviyyəsi avqust ayında 2,2 faiz təşkil edib.
QÜTB.AZ xəbər verir ki, Avropa Statistika Bürosunun (Eurostat) məlumatına görə, avqustda Avrozonada istehlak qiymətləri indeksi isə iyul ayı ilə müqayisədə 0,2 faiz artıb.
Ötən ay Avrozonada 2,6 faizlik inflyasiya qeydə alınmışdı.
Avqustda ən yüksək qiymət artımı 4,2 faizlə xidmət sektorunda qeydə alınıb. Qida, alkoqollu içkilər və tütün məmulatlarının qiyməti 2,4 faiz, qeyri-enerji sənayesi məhsullarının qiyməti 0,4 faiz artıb, enerji məhsullarının qiyməti isə 3 faiz azalıb.