Cəlilabad rayonunda evdə baş verən yanğın zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.
Milli.Az News24.az-a istinadla xəbər verir ki, onlar rayonun Buravar kənd sakinləri, 1991-ci il təvəllüdlü Tacəddin Cəfərov və qardaşı, 1993-cü il təvəllüdlü Saməddin Cəfərovdur. Hər iki qardaşın üz, boyun, əlləri və aşağı ətrafları yanıb.
Məlumata görə, onlar evdə baş verən yanğını söndürən zaman xəsarət alıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun