02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Bakıda marağa səbəb olan “çiçək taksi”nin sürücüsü DANIŞDI

01 mar 2024 22:00
GÜNDƏM
ads
Advertisement

Bakıda insanların marağına səbəb olan “çiçək taksi”nin sürücüsü danışıb.

Publika.az xəbər verir ki, hər şey bir müştərinin ona gül dibçəyi verməsi ilə başlayıb.

Bu taksinin içindən bütün tıxaclar boz, bütün yol problemləri cılız görünür. Müştərilər isə düşməyə tələsmirlər.

Emil Zamanov iki ildir ki, taksi sürücüsü kimi fəaliyyət göstərir. Sərnişinlərin gülə maraqlarının olduğunu görüb, maşında güllərin sayını artırıb. Sonra kompozisiya tamamlansın deyə quşları da əlavə edib.

O bildirib ki, maşınında hər fəsil dekor dəyişir.

Taksidə xatirə dəftəri də var, müştərilər öz rəylərini bildirirlər.

Sürücü qeyd edib ki, bütün bu xidmətlərə görə gediş haqqından əlavə heç bir ödəniş tələb olunmur. Məqsədi sadəcə taksilərin çoxundan narazılıq edildiyi bir dövrdə müştərilərin məmnunluğunu təmin etməkdir.

Ətraflı süjetdə:


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur