Bakıda 27 yaşlı gənc faciəli şəkildə ölüb.
Bu barədə Qutb.az Baş Prokurorluqdan bildirilib.
Qeyd olunub ki, avqustun 10-u saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində 1996-cı il təvəllüdlü Razi Bayramov 9 mərtəbəli yaşayış binasının fasadında quraşdırma işləri apararkən 5-ci mərtəbə səviyyəsindən yerə yıxılıb.
Onun hadisə nəticəsində ölməsi faktı üzrə Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.