Sabah Bakının Xəzər rayonunun bəzi ərazilərində qaz olmayacaq.
Bu barədə QÜTB.AZ-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, rayonun Binə qəsəbəsində qaz xəttinin torpaq səthindən hündürlüyə qaldırılması məqsədilə 09.10.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Binə Sovxoz yaşayış ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.