"Real"a məxsus olan "Palmeyras"ın hücumçusu Endrik Braziliya millisinin heyətində rekorda imza atıb.
Publika.az xəbər verir ki, 17 yaşlı futbolçu İspaniya millisi ilə oyunda (3:3) əvəzetmədən meydana daxil olduqdan 4 dəqiqə sonra fərqlənib. O, "sambaçılar"ın heyətində İngiltərə ilə oyunda da fərqlənərək komandasına qələbə qazandırıb.
Endrikə yığmanın formasında ikinci qolunu vurmaq üçün cəmi 49 dəqiqə bəs edib. Bu isə rekord göstərici deməkdir.
Gənc hücumçu bu göstəricidə Peleni qabaqlayıb. Əfsanəvi hücumçuya 2 qol həddinə çatmaq 64 dəqiqə lazım olub.
Xatırladaq ki, hazırda 17 yaşlı futbolçu Braziliyanın “Palmeyras” klubunun futbolçusu olsa da, bu yay 18 yaşı tamam olduqdan sonra “Real”la rəsmən müqavilə imzalayacaq.
Heybət