İran Prezidenti İbrahim Rəisinin dəfn mərasimi mayın 23-də ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərində keçiriləcək.
QÜTB.AZ xəbər verir ki, bunu respublikanın vitse-prezidenti, prezident helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların dəfn mərasiminin təşkili komitəsinin rəhbəri təyin edilən Möhsün Mənsuri deyib.
O, IRIB TV-yə açıqlamasında Rəisinin dəfn mərasiminin cümə axşamı, axşam saatlarında İmam Rza məqbərəsində keçiriləcəyini bildirib.
Qeyd edək ki, İmam Rzanın məqbərəsi, şiələrin əsas ziyarətgahlarından biri Rəisinin doğma şəhəri Məşhəddə yerləşir.
***
İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edənlərin dəfn mərasimi mayın 21-də Təbriz şəhərində keçiriləcək.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.