Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hesab edir ki, Fransa prezidenti Emmanuel Makron qorxaqlığına görə Ukraynaya səfərini təxirə salıb.
Publika.az xəbər verir ki, Medvedev Makronu “mahiyyətcə qorxaq” adlandırıb. O, Fransa liderinin Ukraynaya səfərə hazırlaşdığı ilə bağlı yeni xəbərə reaksiya verib.
"Makron Kiyevə gedəcək?" O, mahiyyətcə qorxaqdır. Hər halda, onun ofisinə məsləhət görürəm ki, özü ilə bir neçə alt paltarı götürsün. Qoxusu çox güclü olacaq...
P.S. Mən bunu səhər yazdım və yerləşdirməyə imkanım olmadı. ...Yazıq Fransa”, – Medvedev “X” sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, Makron daha əvvəl Kiyevə planlaşdırılan səfərinmi təxirə salmışdı. Ən son məlumata görə, Fransa lideri yaxın həftələrdə Kiyevə getməyi planlaşdırır.
Tural