Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Laçın, Qubadlı, Zəngilan, Xocavənd mobil bazalarında avtobus sürücüsü, elektrik-texniki təmir işləri üzrə mütəxəssis, aşpaz, xadimə, qaynaqçı, avtoelektrik, nəqliyyat təchizatı üzrə anbardar, avtoçilingər, vulkanizatorçu, habelə Şuşa və Xankəndi düşərgələrində nəqliyyat üzrə mütəxəssis, xidmətçi, qabyuyan, gözətçi, anbardar, sürücü işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir.
ANAMA-dan Publika.az-a bildiriblər ki, namizədlərin müvafiq sahədə orta-ixtisas və ya peşə təhsili və 1 ilə qədər iş stajı olmalıdır.
Maraqlananlar əlaqə telefonu göstərməklə müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə, şəxsiyyət vəsiqəsinin surəti, təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.), əmək kitabçasının surətini [email protected] ünvanına göndərməlidir.
Sənədlər fevralın 29-dək qəbul ediləcək.
Seçim zamanı işğaldan azad edilmiş ərazilərdən olan məcburi köçkünlərin namizədliyinə üstünlük veriləcək.
Əlavə məlumat almaq üçün “805” nömrəli qaynar xəttə zəng etmək olar.