Rusiyanın Xarici İşlər Nazirliyi vətəndaşlarını ABŞ-a səfər etməkdən çəkinməyə çağırıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə danışıb.
O qeyd edib ki, buna səbəb rusiyalıların həmin ölkədə saxlanılması riskinin mövcud olmasıdır:
"Rusiyalılar Amerikanın hakimiyyət və xüsusi xidmət orqanları üçün ov obyektinə çevriliblər. Ölkə vətəndaşlarına, həmçinin ABŞ ilə müttəfiq olan Avropa İttifaqı, Kanada kimi ölkələrə də səfər etməmək tövsiyə edilir".