04.05.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Almaniyanın yeni XİN başçısından Azərbaycana dair gözləntilər var

03 may 2025 10:00
GÜNDƏM
ads
Advertisement

Almaniyanın yeni xarici işlər naziri Yohan David Vadeful olacaq. O, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri vəzifəsini tutub.

Vadeful bu vəzifədə bir neçə dəfə Azərbaycan rəsmiləri görüşüb. Deputat kimi ötən il Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevlə görüş keçirib.

O, Vətən müharibəsindən əvvəl dəfələrlə Qarabağın işğal olunmuş Azərbaycan ərazisi olduğunu bildirib.             

Qutb.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Almaniya Parlamentlərarası İşçi Qrupunun üzvü Azər Badamov bildirib ki, Yohan David Vadeful ədalətli siyasətçidir:

"Almaniyanın xarici işlər naziri vəzifəsini Yohan David Vadefulun tutacağı bildirilir. Vadefulla şəxsi tanışlığım yoxdur. Amma o, ədalətli siyasətçidir. Vadeful parlamentari kimi açıqlamalarda Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Bu baxımdan düşünürəm ki, Yohan David Vadefulun XİN rəhbəri kimi Almaniya-Azərbaycan münasibətlərinin inkişafına xidmət edən siyasi kursu dəstəkləyəcək".

Deputat vurğulayıb ki, Azərbaycan- Almaniya münasibətləri yüksək səviyyədə inkişaf edir:

"Belə ki, 2 apreldə Almaniya prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə yüksək səviyyəli rəsmi səfəri baş tutdu və bu səfər çərçivəsində də Azərbaycan-Almaniya münasibətlərinin möhkəmləndirilməsinə dair bir sıra məsələlər müzakirə olundu. İndi isə yeni formalaşacaq hökumətin tərkibində Cənubi Qafqaza ədalətli baxışları olan Yohan David Vadefulun yer alması və onun Almaniyanın baş diplomatı kimi nəzərdə tutulması ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi baxımından əhəmiyyətli bir təyinat olacağını hesab edirəm".

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur