2023-cü ildə Rusiyadan Özbəkistana turist axını 25,8 faiz artıb.
Publika.az xəbər verir ki, keçmiş SSRİ-nin bu respublikasına yerli turistlərin kütləvi şəkildə axın etməsi faktını RİA Novosti Özbəkistanın statistika agentliyinə istinadən bildirib.
Qeyd olunub ki, 2023-cü ildə ölkəyə 714,2 min rusiyalı səfər edibsə, 2022-ci ildə bu rəqəm 567,7 min olub. Bundan əlavə, agentliyin məlumatına əsasən 2023-cü ildə Özbəkistana xarici turistlərin ümumi axını 27 faiz artaraq 6,6 milyon nəfər təşkil edib.
Cəmilə