Ukrayna Rusiya ilə ortaq dövlətdə normal həyat və ya sonsuz müharibə arasında seçim etməlidir.
Publika.az xəbər verir ki, bu fikri Rusiya mətbuatına müsahibəsi zamanı TASS-ın sualını cavablandıran Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev deyib.
“Mən dəfələrlə demişəm ki, indiki Ukrayna dövləti ukraynalıların özləri üçün təhlükəlidir. Və onlar üçün bu seçim belə görünür: ya Rusiya ilə normal, ortaq dövlətdə həyat, ya da hər halda, ümumi dövlətə yaxın hansısa prinsiplər əsasında, ya da sonsuz müharibə. Onlar özləri seçimi etməlidirlər”, - Medvedev bildirib.
Tural