30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

Keçi saxlamaq istəyənlərin diqqətinə: Nə qədər istəyirsinizsə, havayı verirlər

04 apr 2024 14:00
GÜNDƏM
ads
Advertisement

İtaliyanın vəhşi keçilərlə dolu olan Alikudi adasının meri heyvanların sayına məhdudiyyət qoymadan, almaq istəyən hər kəsə pulsuz verilməsini təklif edib.

Publika.az xəbər verir ki, son illərdə bu heyvanların sayı adada sürətlə artıb. Heyvanlar bitki örtüyünə, bağlara və əkin sahələrinə ziyan vurublar, hətta insanların evlərinə girməyə başlayıblar.

Alikudi Bələdiyyə başçısı Rikkardo Qulo yeni təklifi adada keçilərin sayının adanın əhalisindən altı dəfə çox olduğunu təxmin etdikdən sonra irəli sürüb.

“Biz qətiyyən heyvanları məhv etmək barədə düşünmək belə istəmirik. Hər kəs keçi tələb edə bilər, fermer olmağa ehtiyac yoxdur və say məhdudiyyəti yoxdur. Pendir istehsal etdikləri üçün bir cütlük artıq bir neçə keçi almaq üçün müraciət edib”, - Rikkardo bildirib.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur