09.01.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Bu ölkədən Trampın ərazi iddiasına cavab: Satmırıq, ABŞ-la müharibə isə...

08 yan 2025 11:00
GÜNDƏM
ads
Advertisement

Danimarkanın baş naziri Mette Frederiksen yerli TV 2 telekanalına müsahibəsində ABŞ ilə əməkdaşlığın vacibliyini vurğulayaraq, krallığın əsas müttəfiqi olaraq qaldıqlarını qeyd edib.

QÜTB.AZ xəbər verir ki, xanım Frederiksen ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiya və Danimarka muxtariyyətinin Birləşmiş Ştatlara qoşulmasına mane olarsa, ona qarşı sanksiyaların tətbiqi ilə bağlı bəyanatlarını belə qiymətləndirib.

Baş nazir deyib ki, o, Vaşinqtonun adaya nəzarət etmək üçün güc tətbiq edə biləcəyi ilə bağlı təklifləri bölüşmür. Frederiksen, həmçinin gələcək Tramp administrasiyası ilə mümkün fikir ayrılıqları kontekstində ABŞ-la ticarət müharibəsindən qaçmağa ümid edir. Onun fikrincə, ABŞ-ın Qrenlandiya ilə münasibətləri inkişaf etdirmək marağı yerli sakinlərin maraqları ilə əlaqələndirilməlidir.

Tramp Qrenlandiyanın mümkün alınması ideyasını ilk administrasiyası zamanı dilə gətirib və bu, Kopenhagendən mənfi reaksiyalara səbəb olub. Siyasətçi daha əvvəl sosial şəbəkələrdə yazmışdı ki, o, Qrenlandiyaya nəzarəti “ABŞ-ın milli təhlükəsizliyi və bütün dünyada azadlığı naminə mütləq zərurət” hesab edir. O, həmçinin Qrenlandiya Birləşmiş Ştatların tərkibinə daxil olarsa, onu “yenidən möhtəşəm” edəcəyinə söz verib.

Akqabay

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
137 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur