03.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

“Jalilov”la bağlı şok açıqlama: “Psixi xəstə deyil, evə buraxıla bilər”

30 yan 2024 10:00
GÜNDƏM
ads
Advertisement

Ötən gün yetkinlik yaşına çatmayan, qeyri-etik hərəkətlər edərək "TikTok" üçün video çəkən şəxsin xəstəxanaya yerləşdirilməsi ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən məlumat verilib.

Yetkinlik yaşına çatmayan A.C. Bakıdakı 2 saylı Klinik Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Bəs görəsən, sözügedən yeniyetmədə hansı psixi xəstəliklərin əlaməti görünür?

Publika.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan həkim-psixiatr Azad İsazadə bildirib ki, görüntülərə baxdıqda yeniyetmədə hər hansı psixi xəstəlik əlaməti görünmür:

“Yayılan görüntülərə görə konkret olaraq nə isə demək olmaz. Görüntülərdə sadəcə zövqsüz, ekstentrik davranış var, psixi xəstəlik əlamətləri yoxdur. Amma bu o demək deyil ki, bu insan psixi sağlamdır.

Bu gənc xəstəxanaya yerləşdirilibsə, deməli, hansısa daha ciddi məqamlar var”.

Psixiatrın sözlərinə görə, məhkəmə qərarı yoxdursa, valideynləri onu xəstəxanadan çıxara bilər:

Qanuna görə, o özü xəstəxanada qalmaq istəmirsə, onu buraxa bilərlər. Özünə və ya ətrafa ciddi təhlükədirsə, bu zaman məhkəmənin qərarı ilə onu xəstəxanada saxlaya bilərlər. Bundan əlavə, yeniyetmənin valideynləri də müraciət edərək onu psixi xəstəxanadan çıxara bilər. Çıxarmırlarsa, deməli, doğurdan da ciddi problemlər var.

Hadisə yeni baş veribsə, təqribən, 10 gün ərzində ona klinik diaqnoz qoyulmalıdır. Əgər xəstəlik yoxdursa, yeniyetməni evə buraxa bilərlər”.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur