"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola klubu tərk edə biləcəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Publika.az xəbər verir ki, o, "Barselona"ya qayıdacağı ilə bağlı iddiaları belə cavablandırıb:
“Məndə bir məşqçinin xəyal edə biləcəyi hər şey var. O cümlədən ətrafımdakı hər kəsin məni necə dəstəklədiyi ortadadır. Yeddi il ərzində komanda çoxlu oyunçu dəyişdi, lakin onların hamısı həmişə mənimlə olub. Məndə hər şey var və özümü əla hiss edirəm. Əlbəttə, nə vaxtsa hər şey bitəcək, amma indi bu barədə düşünmürəm”.
Xavinin gedişindən sonra “Barselona”ya rəhbərlik etməyə namizədlərdən biri də Qvardiolanın olduğu bildirilir. Eyni zamanda Pep özü qeyd edib ki, Kataloniya klubundan zəng etsələr, onların yanına gedəcək.
Heybət